пятница, 25 мая 2012 г.

DƏRSDƏN SONRA ..

Gənclərin elmi və bədii təfəkkürünün inkişafı yalnız dərslə məhdudlaşdırmaq olmaz. Sinifdənxaric tədbirlər  tələbələrin təlimə marağını artırmaqla yanaşı, həm də onların dünyagörüşünə qüvvətli təsir göstərir. Sinifdənxaric və məktəbdənkənar tədbirlər  könüllülük prinsipinə əsaslanır və bir növ sinifdə aparılan işlərin davamı olur.  Ona görə də biz müəllimlər bu işə ciddi əhəmiyyət verməliyik. Bəzən  sinifdənxaric və məktəbdən kənar tədbirlərə az fikir verir və ya səthi yanşırıq. Sinifdənxaric iş  müəllimlin iş planında özünə layiqli yer tutmalıdır. Əks təqdirdə hərtərəfli insan tərbiyəsindən söhbət gedə bilməz.

Milli bayramlarımızı. tarixi günləri qeyd etmək üçün bu növ tədbirlərə üstünlük verirəm."Yeni il" Novruz bayramı" Müstəqillik " " Respublika günü" və b bayramları tələbələrlə birlikdə hazırlayıb qeyd etdik . Məndə bir müəllim kimi daha güclü əminlik yarandı ki: 



*Sinifdənxaric tədbirlərin hazırlığı zamanı tələbələr fəallaşır,      /ən az seçlən tələbə birdən birə liderə çevrilə bilər /
* məşqləri təşkil edir
*vaxtdan səmərəli istifadə etməyə çalışırlar


.Beləliklə  tələbələrimdə:

* idarəetmə vərdişlərinin formalaşdırılmasına,
* elmi dünyagörüşünün genişləndirilməsinə, 
*onda əsl azərbaycanlıya xas olan yüksək mənəvi 
  *əxlaqi keyfiyyətlərin formalaşdırılmasına imkanlarım genişlənir

 
 Onun  asudə vaxtının səmərəli təşkilini təmin etməklə yanaşı,  tarix , ədəbiyyat, musiqi. xarici dil və b. fənlərdən verilmiş biliyi dərinləşdirməyə,  meyil və qabiliyyətini müəyyənləşdirib üzə çıxarmağa nail oluram.



Tələbələrim  tapşırılan iş üzərində axtarış aparır, bunun üçün , müstəqil çalışmağa,. müstəqil qərar qəbul etməyə səy edirlər, söhbətmübahisələrə qoşulurlar fikirlərini daha sərbəst ifadə etməyə nail olurlar . Bu iş onların :

 * məntiqi təfəkkürünü inkişaf etdirir, 
* nitqini zənginləşdirir. 
Lakin, sinifdənxaric işlərin bu və ya digər formasını seçərkən, mövzuları müəyyənləşdirərkən  məktəbin    texniki imkanlarını , şagirdlərin marağını, yaş və bilik səviyyəsini nəzərə almaq lazımdır.

среда, 18 апреля 2012 г.

Tələbələrimin uğuru - Mənim uğurumdur



    


     Skills@Work 
 (skilz-ət-vörk ) –  
               İş üçün bacarıqlar ...
 Tələbələrimin uğuru - Mənim uğurumdur.




Azərbaycan Respublikası Təhsil Nazirliyinin Junior Achievement Azərbaycan təşkilatı , British Council, Azercell Telekom MMC və Microsoft Azərbaycan şirkəti ilə birlikdə Skills@Work Challenge-  Layihəsində  Azərbaycan Dövlət Pedaqoji Kollecinin  tələbələri iştirak etdilər. Birgə keçirdiyimiz  təlimlər bəhrəsini verdi Sürülmüş biznes problemin ən yaxşı həllini  təklif etmək üçün bir neçə variantda təqdimatlar hazırladıq. Təqdimat İngilis dilində aparıldı . Bir-biri ilə yarışacaq 7 orta ixtisas ,texniki peşə məktəbinin 100 -dən çox tələbəsi    Grand Hotel Europe mehmanxanasında keçirəcək  milli finalda bir araya gəldilər. 

     Skills@Work (skilz-ət-vörk – İş üçün bacarıqlar) bütün Cənub-Şərqi Avropa ərazisi və Böyük Britaniyada peşə təhsili və təlimi sektorunda beynəlmiləlçiliyi dəstəkləyən, on səkkiz ölkəni əhatə edən bir layihədir. “Skills@Work vasitəsi ilə nail olmaq istədiyimiz peşə bacarıqlarının inkişafına işəgötürənləri cəlb edərək, sənayenin ehtiyacları ilə təhsil və təlimin vəziyyətini uyğunlaşdırmaqla mövcud çətinlikləri aradan qaldırmaqdır”, Skills@Work layihəsinin meneceri Natiq Hacıyev deyir:- Bu yarış gəncləri öz bacarıqlarından işgüzar və innovativ formada istifadə etməyə həvəsləndirməklə, son nəticədə onların işə düzəlmək imkanlarını və sahibkarlıq qabiliyyətlərini artıracaq milli və beynəlxalq yarışdır JA Azərbaycan təşkilatının İcraçı direktoru Vüsal Xanlarov qeyd edir ki, Azərbaycanda yarışa hazırlıq 2009-cu ilin oktyabrından başlanmışdır.


Mən bu layihəyə dərs dediyim tələbələri cəlb etməklə onlarda  sahibkarlıq qabiliyyətini  və komandada işləmə bacarıqlarını . sərbəst düşünmə , sərbəst qərarlar qəbul etmə, qərarları tətbiq etmək , sınaqdan keçirməyə hazır olmaq kimi bacarıq və vərdişləri formalaşdırmaqdan ibarət idi  
  2009-cu il milli yarışmada yalnız həvəsləndirici yerlə kifayətləndik. 
 2010-cu il milli final yarışmada mənim tələbələrimin   *OPTİMİST* komandası  finalda 3 -cü yerə layiq görüldülər.  Onlar təşkilatçı və sponsorların serttifikatları və hədiyyələri ilə mükafatlandırıldılar.