Azərbaycan Dövlət
Pedaqoji Kolleci.
Ulu öndər Heydər Əliyevin siyasi irsinin yeni təlim texnologiyalarından istifadə etməklə Azərbaycan tarixi fənni dərslərində
öyrənilməsi təcrübəsindən.

Müəllimə: Hacıyeva Dilarə
Mövzu: Şanlı ömrun səhifələri.
Məqsəd:Tarixi
faktlara əsaslanaraq,Azərbaycan dövlətçiliyi tarixində milli öndərimiz Heydər
Əliyevin əvəzsiz xidmətlərini göstərmək:
Onun misilsiz siyasi xadim, dövlət başçısı olduğunu bildirmək:
Tələbələrdə milli liderin şəxsiyyətinə hörmət, ideyalarına sədaqət
ruhu aşılayaraq , vətən tarixinə sevgi
hissi yaratmaq:
Vətənpərvərlik. yurdsevərlik tərbiyəsinə nail olmaq;
birgə əməkdaşlığa, kollektivdə işləmək ,ünsiyyət qurmaq bacarıqlarına nail olmaq;
Diskussiya aparmaq mədəniyyəti formalaşdırmaq;
Vətənpərvərlik. yurdsevərlik tərbiyəsinə nail olmaq;
birgə əməkdaşlığa, kollektivdə işləmək ,ünsiyyət qurmaq bacarıqlarına nail olmaq;
Diskussiya aparmaq mədəniyyəti formalaşdırmaq;
Istifadə etdiyim üsul və strategiyalar
-Əqli hücum
-Söz assosiasiyası
-“2hissəli gündəlik
-Mərkəslərdə iş və təqdimat
-Diskussiya aparmaq
-Mərkəzlərdə yaradıcı iş- *Dərslik yazırıq*
-Esse yazaq.
Dərsin gedişi:
Əqli Hücum:Məqsədim tələbələrin
mövzuya dair bilik bazasını yoxlamaq və həmin bilikləri möhkəmləndirməkdən
sistemə salmaqdan ibarətdir.Bu suallarla tələbələrə müraciət edirəm:
1.Azərbaycan dövləti harada yerləşir?
2.Azərbaycan tarixində hansı dövrü siz onun ən qüdrətli dövrü kimi qəbul
edirsiniz?
3.Azərbaycan dövləti hansı tarixdən müstəqilliyini əldə etmişdir?
4.Azərbaycanda sovet rejimi nə vaxt yaranıb?
5.Milli qurtuluş gününü nə vaxt qeyd edirik?
6.Milli qurtuluş günü hansı tarixi hadisə ilə bağlıdır?
7.Heydər Əliyevin həyatı ilə bağlı nə bilirsiniz?
8.Onun xalqımız üçün etdiyi hansı xidmətləri göstərə bilərsiniz?
Sualları verib,tələbələrin
bu suallara verdiyi cavabları dinləyirəm.Onların sərbəst fikir yürütmələrinə
çalışıram.
Söz assosiasiyasından istifadə etməklə motivasiya qururam:
Lövhədə bu sözləri yazıram(qabaqcadan Flip-çart vərəqlərində yazıb hazır
qoyuram): Xalq , Prezident, milli lider, Tarix , siyasət.dünya sevgi,
qayğı,hörmət.Tələbələrə bu sözlərdən istifadə etməklə esse yazmağı
tapşırıram. Bunun üçün 3-5 dəq vaxt elan edirəm.Vaxtın tamamında onlarin istəyi
ilə yazdıqları esseni dinləyirik. Fikirlərini tamamlayıb bu günki dərsimizin mövzusunun Ümummilli liderimiz- Heydər Əliyev şəxsiyyəti ilə bağlı olduğunu bildirirəm.
2hissəli gündəlik: Bu fəaliyyətə Lövhədə
“ Ümummilli liderimiz- H.Əliyev” cümləsini yazmaqla başlayıram. Lövhəni 2 hissəyə bölürəm.Tələbələrə də eyni qaydada dəftərlərində işləməyi
tapşırıram.
Nə bilirəm?
|
Nə öyrəndim?
|
1.
2.
|
1.
2.
|
Milli liderimiz H.Əliyev haqda nə bilirsiniz? –Sualı ilə tələbələrə
müraciət edib,dəftərlərində qeydlər aparmağı tapşırıram.Sonra onlara bu
cavabları yoldaşı ilə müzakirə etməyə imkan verirəm.Hər cütdən biri cavablarını
səsləndirir.Təkrar etməmək şərti ilə cavabları cədvəlin birinci sütununda(Nə
bilirəm?) qeyd edirəm.
Tələbələr də eyni ilə dəftərlərində qeydlər edirlər.
Mərkəzlərdə iş.:Tələbələr
1,2,3,4, sayıb 1 2 3 4 mərkəzə ayrılırlar.Hər mərkəz əvvəlcədən
konvertdə yerləşdirilən tapşırıq ilə
tanış olur. Mərkəzlər və onların tapşırıqları belədir;
1.Heydər Əliyev Tarixi şəxsiyyət kimi.
2.Heydər Əliyev dövründə aparılan daxili
siyasət haqda.
3.H.Əliyev və Azərbaycanda iqtisadi yüksəliş.
4.H.Əliyev siyasəti və Azərbaycan beynəlxalq
arenada.
Mərkəzlər əvvəlcədən hazırladığım ədəbiyyatlar,
materiallarla təchiz edilirlər. 15-20 dəq vaxt ayırıram.Vaxtın tamamında mərkəzlər
oz işlərini ardıcıllıqla təqdim Nə öyrəndim? sütununu -birlikdə doldururuq.
Diskussiya
: Mərkəzlərdə işin yekunu kimi tələbələrə belə suallarla muraciət edirəm:
1.H.Əliyevin hakimiyyətə gəlişi ölkədə vətəndaş müharibəsinin qarşısını aldı.-dedikdə
nə fikirləşirsiniz.?
2.Cəbhədə *Atəşkəsə* nail olmaq ilə iqtisadi-
siyasi yüksəliş arasında nə əlaqə görürsünüz?
3.*Əsrin müqaviləsi*nin əhəmiyyəti nədədir?
4.Milli ordu quruculuğu üçün hansı tədbirlər həyata keçirildi?
5.Müstəqilliyimizin qazanılmasında Heydər Əliyevin xidmətləri.
6.Azərbaycanın gələcək inkişafını necə
görürsünüz?
Suallara cavab verərkən onların öz fikirlərini
sərbəst izah etmələrinə şərait yaradıram.
“Dərslik
yazırıq”- Dərsliyin adını elan edirəm.”Milli lider”.Dərslik yazmaq üşün
aşağıdakı mərkəzlərin adını elan edirəm.:
1.”Yazıçılar”- milli liderin həyatını və
siyasi fəaliyyətini əks etdirən materiallar hazırlayırlar.
2.”Tarixçilər”-Milli liderin həyat və siyasi
fəaliyyətinin xronologiyasını hazırlayırlar
3.”Fotoqraflar”—Dərslik üçün foto və
illyustrasiyalar hazırlayırlar
4.”Şairlər”
- Kitablardan seçilən şeirlər ilə dərsliyi təchiz
edirlər.
Tələbələrdən marağına görə mərkəzlərdə
oturmağı xahiş edirəm.Mərkəzlərə istiqamət verilir ki.lazım olan qəzet
materialları, jurnallar,kitablar, şəkillər, kağız, yapışqan, stepler,qayçı,və
s. dərs resurslarından istifadə edə bilərlər. ”Redaktor” Vəzifəsini öz üzərimə götürürəm. İşin qaydasına görə
mərkəzlər işi başa vurub “redaktora “- ötürməlidirlər.Mən isə onu kitab halinda
“cildləməliyəm” Fəaliyyətin sonunda hazırladığımız *kitab*ı nümayiş etdiririk
Dərsin yekunu kimi “O elə bir dahidir ki.....” esse yasmağı tapşırıram.(3 dəq).”Sən elə
bir zirvəsən”Mahnısını səsləndirirəm.Onun sədaları ilə tələbələr
fikir və hisslərini yazırlar.Sonra könüllü olaraq esselərdən bir neçəsini dinləyirik.
Комментариев нет:
Отправить комментарий