пятница, 25 мая 2012 г.

DƏRSDƏN SONRA ..

Gənclərin elmi və bədii təfəkkürünün inkişafı yalnız dərslə məhdudlaşdırmaq olmaz. Sinifdənxaric tədbirlər  tələbələrin təlimə marağını artırmaqla yanaşı, həm də onların dünyagörüşünə qüvvətli təsir göstərir. Sinifdənxaric və məktəbdənkənar tədbirlər  könüllülük prinsipinə əsaslanır və bir növ sinifdə aparılan işlərin davamı olur.  Ona görə də biz müəllimlər bu işə ciddi əhəmiyyət verməliyik. Bəzən  sinifdənxaric və məktəbdən kənar tədbirlərə az fikir verir və ya səthi yanşırıq. Sinifdənxaric iş  müəllimlin iş planında özünə layiqli yer tutmalıdır. Əks təqdirdə hərtərəfli insan tərbiyəsindən söhbət gedə bilməz.

Milli bayramlarımızı. tarixi günləri qeyd etmək üçün bu növ tədbirlərə üstünlük verirəm."Yeni il" Novruz bayramı" Müstəqillik " " Respublika günü" və b bayramları tələbələrlə birlikdə hazırlayıb qeyd etdik . Məndə bir müəllim kimi daha güclü əminlik yarandı ki: 



*Sinifdənxaric tədbirlərin hazırlığı zamanı tələbələr fəallaşır,      /ən az seçlən tələbə birdən birə liderə çevrilə bilər /
* məşqləri təşkil edir
*vaxtdan səmərəli istifadə etməyə çalışırlar


.Beləliklə  tələbələrimdə:

* idarəetmə vərdişlərinin formalaşdırılmasına,
* elmi dünyagörüşünün genişləndirilməsinə, 
*onda əsl azərbaycanlıya xas olan yüksək mənəvi 
  *əxlaqi keyfiyyətlərin formalaşdırılmasına imkanlarım genişlənir

 
 Onun  asudə vaxtının səmərəli təşkilini təmin etməklə yanaşı,  tarix , ədəbiyyat, musiqi. xarici dil və b. fənlərdən verilmiş biliyi dərinləşdirməyə,  meyil və qabiliyyətini müəyyənləşdirib üzə çıxarmağa nail oluram.



Tələbələrim  tapşırılan iş üzərində axtarış aparır, bunun üçün , müstəqil çalışmağa,. müstəqil qərar qəbul etməyə səy edirlər, söhbətmübahisələrə qoşulurlar fikirlərini daha sərbəst ifadə etməyə nail olurlar . Bu iş onların :

 * məntiqi təfəkkürünü inkişaf etdirir, 
* nitqini zənginləşdirir. 
Lakin, sinifdənxaric işlərin bu və ya digər formasını seçərkən, mövzuları müəyyənləşdirərkən  məktəbin    texniki imkanlarını , şagirdlərin marağını, yaş və bilik səviyyəsini nəzərə almaq lazımdır.