
Skills@Work
(skilz-ət-vörk ) –
İş üçün bacarıqlar ...
Tələbələrimin uğuru - Mənim uğurumdur.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Junior
Achievement Azərbaycan təşkilatı , British Council, Azercell Telekom MMC və
Microsoft Azərbaycan şirkəti ilə birlikdə Skills@Work Challenge- Layihəsində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri iştirak etdilər. Birgə keçirdiyimiz təlimlər bəhrəsini verdi
Sürülmüş
biznes problemin ən yaxşı həllini təklif etmək üçün bir neçə variantda
təqdimatlar hazırladıq. Təqdimat İngilis dilində aparıldı . Bir-biri ilə
yarışacaq 7 orta ixtisas ,texniki peşə məktəbinin 100 -dən çox
tələbəsi Grand Hotel Europe mehmanxanasında keçirəcək milli finalda bir araya gəldilər.
Mən bu layihəyə dərs dediyim tələbələri cəlb etməklə onlarda sahibkarlıq
qabiliyyətini və komandada
işləmə bacarıqlarını . sərbəst düşünmə , sərbəst qərarlar qəbul etmə,
qərarları tətbiq etmək , sınaqdan keçirməyə hazır olmaq kimi bacarıq və
vərdişləri formalaşdırmaqdan ibarət idi
2009-cu il milli yarışmada yalnız həvəsləndirici yerlə kifayətləndik.
2010-cu
il milli final yarışmada mənim tələbələrimin *OPTİMİST* komandası finalda 3 -cü
yerə layiq görüldülər. Onlar təşkilatçı və sponsorların serttifikatları və
hədiyyələri ilə mükafatlandırıldılar.