суббота, 7 апреля 2012 г.

Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının tədrisi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq    ideologiyası.

 

  Müdriklərin belə bir kəlamı var:” Dahilər üçün dünyanın bir qapısı var.Onlar dünyaya gələr – dünyadan getməzlər. Azərbaycan xalqının  tarixinin  ən böyük siması, böyük siyasət və dövlət adamı  Heydər  Əliyev belə dahilərdəndir. Onun parlaq həyatı, zəngin fəaliyyəti bir tarixi dövrün salnaməsi –həyat ensklopediyasıdır. Elə bir salnamə ki, zaman-zaman gərəyimiz olacaq, çətin anlarda köməyimiz , yarağımız, dayağımız olacaq.

 Bu gün mən tələbələrimlə yenə bu adın ətrafına, bu adın işığına toplanmışıq. Məqsədimiz bir daha bu böyük insana öz ehtiramımızı bildirməkdir. Heydər Əliyev zəmanəmizin ən böyük azərbaycanlısı idi. O Azərbaycançı  və yenilməz vətənçi idi. Ölkəmizdə Dünya Azərbaycanlılarının birlik, həmrəylik gününü təsis edib,hər il qeyd edilməsi, Bakıda dünya Azərbaycanlılarının qurultayının keçirilməsi, dünyanın hər yerində Azərbaycan diasporasının yaradılması onun adı ilə bağlıdır. Böyük Azərbaycançı olaraq Azərbaycançılıq ideologiyasının komponentləri olan a)Azərbaycan dili   b)dövlət rəmzləri c)milli ,mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə  birləşdirilməsi  d)milli dövlətçilik və s. məsələlərin oyrədilməsi, təbliği yolunda onun xidmətləri əvəzsizdir. 



Комментариев нет:

Отправить комментарий