среда, 21 марта 2012 г.

Novruz - xalqın əziz bayramı


Novruz deyimləri
Novruz mətləbini versin
Novruz gülünə dönəsən
Novruz payı yeyəsən
Novruza niyaz eləyəsən
Novruz üzünə gülsün
Novruzda bəxtin açılsın
Novruz falın uğurlu olsun
Novruz xonçan düşərli olsun
Novruz köməyin olsun
Ürəyin Novruz qədər qutlu olsun



Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünya görüşü, humanist baxışları, həlim qayğıkeş təbiəti özünü göstərir.
Xalqın adətinə görə bayram günü süfrə dolu olmalı, qız-gəlin təzə yaylıq, çəkmə geyməliydir, evlərdə hanalar qoyular, bayram xalçaları toxuyardılar.
Novruz bayramının  Novruz  süfrəsi, Novruz  xonçası var. Bu süfrəni hazırlamağa axır çərşənbədən başlayırlar. Süfrəyə qoymaq üçün müxtəlif şirnilər bişirilir. Bunlara şəkərbura, paxlava, şəkərçörəyi və s. aiddir. Bayram süfrəsində  adlarını çəkdiyimiz şirniyyatlardan başqa noğul, nabat, püstə, badam, tut qurusu, kişmiş, fındıq, qoz, boyanmış yumurta, alma qurusu, iydə və s, çərəzlər olur. Bəzən axır çərşənbə həm də yeddiləvin gecəsi adlanır. Bu zaman süfrədə yeddi növ çərəz olmalıdır.
Çox vaxt yeddi sin süfrəsi də açılır. Yeddi sin süfrəsi sin “s” hərfi ilə başlayan sirkə (dad və zövqə işarədir), sarımsaq (sağlamlıq), səbzə(ümid), sumax (bərəkət), sikkə (varlıq), saat( uzun ömür) və su (aydınlıq) deməkdir. Süfrənin ortasında qırağı şamlarla bəzədilmiş səməni qoyulur. 







Səməni, saxla məni,
İldə göyərdərəm səni
Səməni sazana gəlmişəm
Uzana-uzana gəlmişəm




 


Azərbaycanda lap qədimlərdən novruz şənliklərində “Sayaçı”, “Yuğlama”, “Yel baba”, “Cütçü şumu”, “Kəvkəs”, “Kosa-kosa”, “Qaravəlli” və s. kimi milli xalq oyunları keçirilib. Bütün bunlarla birlikdə “Kəndirbaz”, “Masqara”, tamaşaları hazırlanır.
Bu oyunların içərisində ən geniş yayılmışı “Kosa-kosa” oyunudur. Cavanlar bir yerə toplaşıb, zirək, hazırcavab bir oğlana dəri kürkü tərsinə geydirib. Başına uzun motal papaq taxıb aşağıdakı mahnını oxuya-oxuya gəzirlər:




 
A kosa-kosa, gəlsənə,
Gəlib salam versənə
Çömçəni doldursana
Kosanı yola salsana
Kosam bir oyun eylər,
Quzunu qoyun eylər
Yığar bayram xonçasın
Hər yerdə düyün eylər.







Bayram şənliyində  keçirilən bu oyunlar özünəməxsus yer tutur. Novruz bayramının çərşənbələrində həyətlərdə tongal yandırılır. Tonqalın üstündən hoppanıb köhnə ilin azar-bezarı da yandırılır. Odun üstündən hoppananlar nəğmələrdə oxuyarlar.




Ağırlığım-uğurluğum odlara,
Yazda mənlə hoppanmayan yadlara.
                       Yaxud:
Ağrım-uğrum tökülsün,
Oda düşüb kül olsun.
Yansın alov saçılsın,
Mənim bəxtim açılsın.






Novruz bayramında qulaq falına çıxmaq adəti də vardır. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedərlər. Ilk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur.
Odur ki, Novruz bayramı axşamında evlərdə könül açan, ümid verən söhbətlər danışılmalıdır. Novruz bayramında ən çox yayılmış adətlərdən biri də qurşaq salmaqdır. Daha çox uşaqlar, cavanlar qaranlıq düşəndə evbəev gəzib bacadan, pəncərədən qurşaq sallayıb bayrampayı alırlar.
Onların qurşaqlarına qovurqa, boyanmış yumurta, alma, armud, ərik, qavalı qurusu, cürbəcür şirniyyatlar bağlayırlar. Azərbaycanın böyük şairi Şəhriyar da " Heydərbabaya salam" əsərində bu qurşaq sallamadan danışıb:





Bayram idi gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydaydı şal sallamaq,
Bəy şalına bayrampayı bağlamaq.






Novruz bayramında kin-küdürət unudulmalıdır. Heç kəs gərək bir-biri ilə küsülü qalmasın.
Novruz bayramı yadda bolluq, xeyirxahlıq, gözəllik bayramı kimi qalır.
Bu əziz bayram ərəfəsində hər bir azərbaycanlıya, hər bir ölkə vətəndaşına, onların ailələrinə bir daha səadət, firavanlıq, cansağlığı arzu edirik və uğurlar diləyirik







воскресенье, 11 марта 2012 г.

İnkluziv təhsil


Təhsil sosial proseslərə təsir göstərən mühüm faktorlardandır, şəxsiyyəti şərtləndirən keyfiyyətlərin - dəyərlərin formalaşmasına xidmət edir. Demokratik təhsil cəmiyyətin bütün üzvlərinin - istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud insanların bərabər təhsil alma hüquqlarını təmin edir. Bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına şərait yaratmış olar. Belə bir imkanı isə  yalnız inklüziv təhsil yarada bilər.  Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə ölkədə təhsil müstəsna əhəmiyyətə malik məsələlərdən biri olub, hazırda Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir.
Respublikamızda müvafiq qanunvericilik bazasının yaradılması nəticəsində "Xüsusi qayğıya  ehtiyacı olan uşaqların təhsili"nin təşkilinə əlverişli zəmin yaradılmışdır. Belə ki, 2001-ci ilin iyulunda ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.


Qanunda xüsusi təhsil sahəsində dövlətin vəzifələri müəyyənləşdirilmiş, sağlamlıq imkanları məhdud uşaqların, onların valideynlərinin və ya valideynlərini əvəz edən şəxslərin xüsusi təhsil sahəsində hüquq və vəzifələri öz əksini tapmış, xüsusi təhsilin təşkili və idarə olunması təsbit olunmuşdur. Qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müxtəlif təyinatlı 9 qərar, o cümlədən "İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları haqqında" qərar qəbul edilmişdir. Qaydalarda təsbit olunduğu kimi, inteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumtəhsil müəssisəsidir. Bu tip təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərin sayı ümumi kontingentin 20 faizindən çox olmamaq şərtilə komplektləşdirilərək onlara zəruri köməkçi xidmət təşkil edilir.

четверг, 8 марта 2012 г.

Milli mənəvi dəyərlərimizi qoruyaq



        Qədim zamanlarda oğuz ellərində  belə adət  olub.Təhlükədən xəbərdar  olan şəxs  dağın ən uca zirvəsinə qalxıb tonqal qalardı. Xalqı  gözləmədiyi təhlükədən xəbərdar edib,  mübarizə üçün səfərbər olmağa çağırardı.. Yenə təhlükə var... İndi təcavüzə məruz qalıb, təhlükəyə düçar olan milli – mənəvi irsimizə söykənən dəyərlərimizdir. Məqamında deyilmiş söz bəzən yüzlərlə nəzəriyyələrdən cild-cild kitablardan daha kəskin təsir gücünə malik olur. Həyat bizi imtahana çəkəndə cətinə düşəndə üstün ağıla, ziyalı fikrinə, ağsaqqal ,ağbirçək məsləhətinə ehtiyac duyuruq.     

       Adət ənənələrimizin unudulduğu, bayağılaşdırıldığı, milli –mental dəyərlərimizin kobudcasına pozulduğu, tapdandığı bir məqamda, ziyalı fikrinə, alim düşüncəsinə, xalqın vəkili səviyyəsində göstəriləcək münasibətə, veriləcək qiymətə  ehtiyac duyulur. Bu boşluğdan, ehtiyacdan doğan sualları kollecdə “ Unudulmaqda olan dəyərlər” mövzusunda keçirilən tədbirlərimizdə cavablandırmağa cəhd etdik. Çox uğurlu  bir cəhd.


               Toy –yas adətlərimizə maraq göstərməklə bərabər milli mənsubluğumuzun  simvolu atributu olan milli mənəvi irsimizin bugünkü səviyyəsi, ona olan münasibət bizi narahat edir. Bu bir vətəndaş narahatçılığıdır.Bu milli təəssübkeşlikdən doğan  narahatçılığdır. Bu xalqına bağlı bir insanın narahatlığı- dır. Xalqı yaşadan onun kimliyini sübut edən torpağımız, dilimiz  kimi milli mənəvi irsimiz olan toy, yas adətlərimiz, qəbirüstü abidələrimiz  bizim milli varlıq möhürümüzdür Zamanın ağır sınaqlarından keçib gələn, babaların bizə əmanət qoyduğu bir yadigardır .Onları bayağılaşdırmağa, meşşan, özgə donu geyindirməyə haqqımız yoxdur. Milli mənəvi dəyərlərimiz olan adətlərimiz milli varlığımızın ” Qız qalası”, “ Şirvanşahlar” abidəsidir. Onu bədheybət “Göydələn”lərlə əvəz etmək nə dərəcədə düzgündür?.
          

Hər birimiz doğmalarmıza, övladlarımaıza“şahlara” layiq təmtaraqlı toy etməyi arzulayırıq..Belə toyların iştirakçısı olmaq istəyirik. Gül-çiçək, təmtaraqlı, gözəl  libaslar  bəzək-düzək toylarımızı təntənəli etməklə bərabər həm də, daha yadda qalan edir.Yeni ailə quran cavanların,  qohumların uzun müddət yaddaşında qalır, sevinci həyatı boyu qəlblərdən silinmir. 
    
      Gəzib, gördüyümüz, televiziya ekranlarından seyr etdiymiz Avropa toylarınıa xas olan bir çox təmtaraqlı toy  elementləri artıq bizim toy elementlərimizə inteqrasiya edib. Lakin başqa xalqların toy adətlərindən fərqli olan milli çalarları saxlamaq , onun təkrarsızlığını , bənzərsizliyini yaşatmaq həyati zərurət, milli vətəndaşlıq borcumuzdur. 


        Geyim mədəniyyəti  dəvət olunduğun məclisin ab havasına eyni zamanda dəbə uyğun geyinməyi bacarmaq qabiliyyətidir. Gəlinlik paltarının ağ rəngdə, möhtəşəm - təmtaraqlı biçimdə olması paklığa təmizliyə bir işarədir. Gəlin qızın bir qədər   “daha ciddi” , “qollu “ paltarı onu  daha gözəl göstərməklə bərabər, həm də onun rahat davranışına imkan yaradar. Ola bilər kimsə  məni bu fikirlərimə görə konservativlikdə təqsirləndirsin. Mən heçdə çadranı və ya carşabı təbliğ etmirəm. 


       Dünyanın qloballaşdığı, mədəniyyətlərin inteqrasiya etdiyi bir zamanda bunu təlqin etmək ona nail olmağa cəhd etmək ən azı cahillikdir. İnsan sosial varlıq olaraq  həmişə yaxşıya doğru cəhd edir. Yaxşını öyrənib, tətbiq etmək, təbliğ etmək lazımdır. Müasir, dəbə uyğun geyimlər, yenilikdir –onun qarşısını istəsəkdə ala bilmərik. Qərbin həyat tərzini , adətə çevirdikləri açıq- saçıq davranışları,  toy –yas adətlərini kor-koranə, ağına, bozuna baxmadan təlqin etsək itirdiklərimiz çox , qazandıqlarımız az olacaqdır. Biz adətlərimizi, adətlərdəki milli çalarları yaşatmalıyıq. 
      
      Qədim tarixə malik xalq olduğumuz üçün, adət ənənələrimizin tarixi çox qədimdir. Milli xüsusiyyətlərimizdə çorəyə, allah ruzisinə müqqəddəs münasibətimiz olduğu bir halda , toy və digər məclidlərdə yol verdiyimiz israfçılığı necə izah edək. Bir tərəfdə qaçqın, köçkünə çevrilib,  cadır həyatı yaşayan, bəzən gündəlik tələbat mallarına belə ehtiyac duyan, qardaşlarin, bacıların  acınacaqlı güzəranına  bizlərdə bu qədər laqeydlik hardandır?.
           

         Yas yerlərində oan dəbdəbə,  bəzi qadınların qızıl, qaş-daş əşyaları, bəzək-düzəkli, boyalı “xüsusi” saç düzümləri ilə yas yerlərinə təşrif aparmaları nə qədər gülünc və bayağıdır.Yasa ailəyə və mərhumun ruhuna, xatirəsinə ehtiram əlaməti olaraq gedirlər. Son illər yaslarda dəb halını almış süfrə təmtarağı  israfçılıqdır. Məclisdə oturan insanlara bura  nə üçün toplandıqlarını unutdurur. Bəlkə  fikirləşək: biz dünyasını dəyişən insanın ruhunu niyə incidirik.
        

         Yazilmayan qanunlarla nizama salınan milli mənəvi irsimizi, qanunun maddələrinin soyuq nəzarəti qoruya bilməz.  ”Qadağan edilmiş ağacın meyvəsi daha şirin olur”. Mənəvi dəyərlərimizi bir neçə maddəlik qanunlar deyil, milyonların cəhdi, istəyi, torpağa vətənə onun tarixinə bağlılığı, milli mənsubluğundan doğan qürur hissi qorumalıdır.
Yetərki, abidələrimizi məhv etdik!  Mənəvi irsimizi,adətlərimizi məhv eməyək. Sonra bizi tarixsiz. gəlmə adlandıran, torpağımıza, tariximizə, mədəniyyətimizə, musiqimizə sahib çıxan “ qarı yağı”lara öz varlığımızı, milli mənsubluğumuzu necə sübut edərik.?
    

       Maddi sərvətlərimizi qoruyub, artırıb gələcək nəsillərə əmanət etdiyimiz kimi, bizə ata-bablarımızdan əmanət qalan milli mənəvi dəyərlərimizi hifz edib, yaşatmaq, saflığını qorumaq kimliyindın, zamanından və məkanından asılı olmayaraq, özünü Azərbaycanlı bilən hər bir şəxsin vətəndaşlıq borcudur.
 

воскресенье, 4 марта 2012 г.

”Xocalı Əsrin Faciəsi”

”Xocalı Əsrin Faciəsi”  adlı   www.azeripress.az -da fotoreportaj

http://azpress.no-ip.org/blog/index.php?newsid=4996

1330091009_azerbaycan-dovlet-pedoqoji-universiteti-xocali-4


Bu gün Pedoqoji Qızlar Kollecində Xocalı faciəsinin 20-ci il dönümünə həsr edilmiş ”Xocalı Əsrin Faciəsi” adlı tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan kollecin direktoru filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllim, Yeni Azerbaycan Partiyasi Qadinlar Surasinin sədri,"Şöhrət" ordenli Nurlana Xanım Əliyeva və məktəbin müəlliməsi İradə Ağasıyeva ilk öncə Xocalı faciəsi barədə məktəbin müəllim və tələbə heyətini 

1330091000_azerbaycan-dovlet-pedoqoji-universiteti-xocali-2
1330091739_azerbaycan-dovlet-pedoqoji-universiteti-xocali-50
1330091422_azerbaycan-dovlet-pedoqoji-universiteti-xocali-31

1330091197_azerbaycan-dovlet-pedoqoji-universiteti-xocali-18bir daha məlumatlandırdı və Xocalı faciəsinə ilk dəfə siyasi qiymətin məhz Ümumilli lider H.Əliyev tərəfindən qiymət verildiyini,həmin faciənin bütün bəşərriyətə,o cümlədən Azərbaycan xalqına və bütöv Türk dünyasına qarşı cinayət faktı “SOYQIRIM” hadisəsi olduğunu söylədi.Cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək qəddar,qaniçən düşmən işğalı altında olan Azərbaycan torpaqlarının tezliklə azad ediləcəyinə və iyirmi mindən artıq soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdacağına əmin olduğunu bildirdi.Azərbaycanın iqtisadi gücü,güclü ordusu,mübarizə aparmağa və düşmənlərimizi əzməyə Mübariz təki oğullarımız vardır.Sonda iştirkçılar və müəllimlər xatirə şəkli çəkdirərək tədbirə yekun vurdular.

1330091150_azerbaycan-dovlet-pedoqoji-universiteti-xocali-20 1330091420_azerbaycan-dovlet-pedoqoji-universiteti-xocali-36

1330091756_azerbaycan-dovlet-pedoqoji-universiteti-xocali-541330091450_azerbaycan-dovlet-pedoqoji-universiteti-xocali-38 1330091705_azerbaycan-dovlet-pedoqoji-universiteti-xocali-481330091714_azerbaycan-dovlet-pedoqoji-universiteti-xocali-52

 

 

 

1330091534_azerbaycan-dovlet-pedoqoji-universiteti-xocali-39
 

 

 

 

 

 

 

1330091721_azerbaycan-dovlet-pedoqoji-universiteti-xocali-53Xüsusi Foto-müxbir Ceyhun Elçinoğlu