
Respublikamızda müvafiq
qanunvericilik bazasının yaradılması nəticəsində "Xüsusi qayğıya
ehtiyacı olan uşaqların təhsili"nin təşkilinə əlverişli zəmin
yaradılmışdır. Belə ki, 2001-ci ilin iyulunda ulu öndər Heydər Əliyev
tərəfindən imzalanmış "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili
(xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul
edilmişdir.
Qanunda xüsusi təhsil sahəsində dövlətin vəzifələri müəyyənləşdirilmiş,
sağlamlıq imkanları məhdud uşaqların, onların valideynlərinin və ya
valideynlərini əvəz edən şəxslərin xüsusi təhsil sahəsində hüquq və vəzifələri
öz əksini tapmış, xüsusi təhsilin təşkili və idarə olunması təsbit olunmuşdur.
Qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər
Kabineti tərəfindən müxtəlif təyinatlı 9 qərar, o cümlədən "İnteqrasiya
təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları haqqında" qərar
qəbul edilmişdir. Qaydalarda təsbit olunduğu kimi, inteqrasiya təlimli təhsil
müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərin birgə təhsil alması üçün xüsusi
şərait yaradılmış ümumtəhsil müəssisəsidir. Bu tip təhsil müəssisələrində
sağlamlıq imkanları məhdud şəxslərin sayı ümumi kontingentin 20 faizindən çox
olmamaq şərtilə komplektləşdirilərək onlara zəruri köməkçi xidmət təşkil
edilir.
Inklyuziv tehsil mence yenilikdir, ama cox lazimli ve human normalara gore cox onemlidir..bizde bu cur tehsilin inkishafi gurur verir.)
ОтветитьУдалитьSaq Olun Diqqetle oxuduğunuz üçün Mövzunu daha da maraqlı istiqamətdə davam etdirəcəyəm İzleyin-)))
Удалить