Novruz deyimləriNovruz mətləbini versinNovruz gülünə dönəsənNovruz payı yeyəsənNovruza niyaz eləyəsənNovruz üzünə gülsünNovruzda bəxtin açılsınNovruz falın uğurlu olsunNovruz xonçan düşərli olsunNovruz köməyin olsunÜrəyin Novruz qədər qutlu olsun
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi,
adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və
mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət
göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın,
firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu,
torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz
tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünya görüşü,
humanist baxışları, həlim qayğıkeş təbiəti özünü göstərir.
Xalqın adətinə görə bayram günü süfrə dolu
olmalı, qız-gəlin təzə yaylıq, çəkmə geyməliydir, evlərdə hanalar qoyular,
bayram xalçaları toxuyardılar.
Novruz bayramının Novruz
süfrəsi, Novruz xonçası var. Bu süfrəni hazırlamağa axır çərşənbədən
başlayırlar. Süfrəyə qoymaq üçün müxtəlif şirnilər bişirilir. Bunlara şəkərbura, paxlava, şəkərçörəyi və s. aiddir. Bayram
süfrəsində adlarını çəkdiyimiz şirniyyatlardan başqa noğul, nabat, püstə,
badam, tut qurusu, kişmiş, fındıq, qoz, boyanmış yumurta, alma qurusu, iydə və
s, çərəzlər olur. Bəzən axır çərşənbə həm də yeddiləvin gecəsi adlanır. Bu
zaman süfrədə yeddi növ çərəz olmalıdır.
Çox
vaxt yeddi sin süfrəsi də açılır. Yeddi sin süfrəsi sin “s” hərfi ilə başlayan
sirkə (dad və zövqə işarədir), sarımsaq (sağlamlıq), səbzə(ümid), sumax
(bərəkət), sikkə (varlıq), saat( uzun ömür) və su (aydınlıq) deməkdir. Süfrənin
ortasında qırağı şamlarla bəzədilmiş səməni qoyulur.

Səməni, saxla məni,İldə göyərdərəm səniSəməni sazana gəlmişəmUzana-uzana gəlmişəm
Azərbaycanda lap
qədimlərdən novruz şənliklərində “Sayaçı”, “Yuğlama”, “Yel baba”, “Cütçü şumu”,
“Kəvkəs”, “Kosa-kosa”, “Qaravəlli” və s. kimi milli xalq oyunları keçirilib.
Bütün bunlarla birlikdə “Kəndirbaz”, “Masqara”, tamaşaları hazırlanır.
Bu oyunların
içərisində ən geniş yayılmışı “Kosa-kosa” oyunudur. Cavanlar bir yerə toplaşıb,
zirək, hazırcavab bir oğlana dəri kürkü tərsinə geydirib. Başına uzun motal
papaq taxıb aşağıdakı mahnını oxuya-oxuya gəzirlər:
A kosa-kosa, gəlsənə,Gəlib salam versənəÇömçəni doldursanaKosanı yola salsanaKosam bir oyun eylər,Quzunu qoyun eylərYığar bayram xonçasınHər yerdə düyün eylər.
Bayram şənliyində keçirilən bu oyunlar
özünəməxsus yer tutur. Novruz bayramının çərşənbələrində həyətlərdə tongal
yandırılır. Tonqalın üstündən hoppanıb köhnə ilin azar-bezarı da yandırılır.
Odun üstündən hoppananlar nəğmələrdə oxuyarlar.
Ağırlığım-uğurluğum odlara,Yazda mənlə hoppanmayan yadlara.Yaxud:Ağrım-uğrum tökülsün,Oda düşüb kül olsun.Yansın alov saçılsın,Mənim bəxtim açılsın.
Novruz bayramında qulaq falına çıxmaq
adəti də vardır. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq
asmağa gedərlər. Ilk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur.
Odur ki, Novruz bayramı axşamında evlərdə
könül açan, ümid verən söhbətlər danışılmalıdır. Novruz bayramında ən çox yayılmış
adətlərdən biri də qurşaq salmaqdır. Daha çox uşaqlar, cavanlar qaranlıq
düşəndə evbəev gəzib bacadan, pəncərədən qurşaq sallayıb bayrampayı alırlar.
Onların qurşaqlarına qovurqa, boyanmış
yumurta, alma, armud, ərik, qavalı qurusu, cürbəcür şirniyyatlar bağlayırlar.
Azərbaycanın böyük şairi Şəhriyar da " Heydərbabaya salam" əsərində
bu qurşaq sallamadan danışıb:

Bayram idi gecəquşu oxurdu,Adaxlı qız bəy corabın toxurdu,Hər kəs şalın bir bacadan soxurdu,Ay nə gözəl qaydaydı şal sallamaq,Bəy şalına bayrampayı bağlamaq.
Novruz bayramında kin-küdürət
unudulmalıdır. Heç kəs gərək bir-biri ilə küsülü qalmasın.
Novruz bayramı yadda bolluq, xeyirxahlıq,
gözəllik bayramı kimi qalır.
Bu əziz bayram ərəfəsində hər bir azərbaycanlıya, hər bir
ölkə vətəndaşına, onların ailələrinə bir daha səadət, firavanlıq, cansağlığı
arzu edirik və uğurlar diləyirik
Комментариев нет:
Отправить комментарий