воскресенье, 11 марта 2012 г.

İnkluziv təhsil


Təhsil sosial proseslərə təsir göstərən mühüm faktorlardandır, şəxsiyyəti şərtləndirən keyfiyyətlərin - dəyərlərin formalaşmasına xidmət edir. Demokratik təhsil cəmiyyətin bütün üzvlərinin - istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud insanların bərabər təhsil alma hüquqlarını təmin edir. Bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına şərait yaratmış olar. Belə bir imkanı isə  yalnız inklüziv təhsil yarada bilər.  Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə ölkədə təhsil müstəsna əhəmiyyətə malik məsələlərdən biri olub, hazırda Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir.
Respublikamızda müvafiq qanunvericilik bazasının yaradılması nəticəsində "Xüsusi qayğıya  ehtiyacı olan uşaqların təhsili"nin təşkilinə əlverişli zəmin yaradılmışdır. Belə ki, 2001-ci ilin iyulunda ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.


Qanunda xüsusi təhsil sahəsində dövlətin vəzifələri müəyyənləşdirilmiş, sağlamlıq imkanları məhdud uşaqların, onların valideynlərinin və ya valideynlərini əvəz edən şəxslərin xüsusi təhsil sahəsində hüquq və vəzifələri öz əksini tapmış, xüsusi təhsilin təşkili və idarə olunması təsbit olunmuşdur. Qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müxtəlif təyinatlı 9 qərar, o cümlədən "İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları haqqında" qərar qəbul edilmişdir. Qaydalarda təsbit olunduğu kimi, inteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumtəhsil müəssisəsidir. Bu tip təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərin sayı ümumi kontingentin 20 faizindən çox olmamaq şərtilə komplektləşdirilərək onlara zəruri köməkçi xidmət təşkil edilir.

2 комментария:

  1. Inklyuziv tehsil mence yenilikdir, ama cox lazimli ve human normalara gore cox onemlidir..bizde bu cur tehsilin inkishafi gurur verir.)

    ОтветитьУдалить
    Ответы
    1. Saq Olun Diqqetle oxuduğunuz üçün Mövzunu daha da maraqlı istiqamətdə davam etdirəcəyəm İzleyin-)))

      Удалить